Ötən ilin 19-20 sentyabrında Qarabağ iqtisadi zonasında həyata keçirilən antiterror əməliyyatı zamanı ağır yaralanan və bu gün müalicə olunduğu tibb müəssisəsində vəfat edən Azərbaycan Ordusunun zabiti - leytenant Bağırov Ülvi Hənifə oğlu anadan olduğu Salyanda dəfn ediləcək.
Senzor.az-ın məlumatına görə, şəhid sabah Salyanın Şəhidlər xiyabanında torpağa tapşırılacaq.
**19:39
2023-cü ilin 19-20 sentyabr tarixlərində Qarabağ iqtisadi zonasında həyata keçirilən antiterror əməliyyatı zamanı ağır yaralanan Azərbaycan Ordusunun zabiti leytenant Bağırov Ülvi Hənifə oğlu 7 aprel 2024-cü il tarixində müalicə olunduğu tibb müəssisəsində vəfat edib.
Bu barədə Senzor.az-a Azərbaycan Müdafiə Nazirliyindən bildirilib.
Müdafiə Nazirliyinin rəhbərliyi şəhid zabitimizin ailəsinə və yaxınlarına dərin hüznlə başsağlığı verir, səbir diləyir.
Allah rəhmət eləsin!