AzTV-də aparılan audit nəticəsində aşkar edilən nöqsan açıqlanıb
YENİLƏNİB

Ötən il “Azərbaycan Televiziya və Radio Verilişləri” QSC-də (AzTV) aparılan audit tədbirlərində bir sıra nöqsanlar hələ də var. Bu pozuntuların əksər hissəsinin aradan qaldırılması üçün televiziyanın rəhbərliyi tərəfindən təşəbbüslər irəli sürülüb.


Senzor.az xəbər verir ki, bunu Hesablama Palatasının sədri Vüqar Gülməmmədov mətbuat konfransında çıxışı zamanı deyib.


O bildirib ki, bu istiqamətdə materiallar barədə qısa bir məlumat ictimailəşib.


“Aparılan auditin nəticəsi hüquq-mühafizə orqanlarına təqdim edilməyib. Orada sadəcə bir məsələ, podratçı tərəfindən eyni layihənin iki dəfə fərqli şəxslərə təqdim edildiyi aşkar edilib. Sırf bu məsələ araşdırılması üçün hüquq-mühafizə orqanlarına təqdim edilib. Məsələ aydınlaşıb və köçürülən vəsait dövlət büdcəsinə geri qaytarılıb”, - deyə sədr əlavə edib.

**

Büdcədən 2023-cü ildə və 2024-cü ildə azad edilmiş ərazilərimizə sərf edilən vəsaitlərin istifadə vəziyyəti audit olunması nəzərdə tutulur.


Bunu Hesablama Palatasının sədri Vüqar Gülməmmədov mətbuat konfransında çıxışı zamanı deyib.


Onun sözlərinə görə, ötən il keçmiş Qarabağ iqtisadi rayonunda yoxlamalar aparılıb.


“Azad edilmiş ərazilərdə yoxlamalar aparmaq üçün həmin işlərin icrası tamamlanmalıdır. İcrası bitməmiş layihələrdə nəzarət tədbirləri çox da effekt vermir. Cari ildə də Qarabağ iqtisadi rayonunda nəzarət tədbirləri davam etdiriləcək”, - deyə Vüqar Gülməmmədov əlavə edib.

**

Ötən il 4 anatilik fəaliyyət həyata keçirilib ki, bunlardan 3-ü başa çatdırılıb. Aşkar olunmuş nöqsanların ümumi məbləği 1 milyard 971,9 milyon manat təşkil edib.


Bunu Hesablama Palatasının sədri Vüqar Gülməmmədov mətbuat konfransında çıxışı zamanı deyib.


Sədrin sözlərinə görə, büdcəyə dəymiş ziyan 103,2 milyon manat müəyyən olunub.


“2023-cü ildə Hesablama Palatasının analitik fəaliyyəti 3 milyard 623,3 milyon manat vəsaiti əhatə edib”, - deyə Vüqar Gülməmmədov qeyd edib.

**13:25

Hesablama Palatasının 166 işçisi, bunun qarşılığında isə ölkədə mindən çox isə təşkilat var.


Senzor.az-ın məlumatına görə, bunu Hesablama Palatasının sədri Vüqar Gülməmmədov Milli Məclisin İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinin bu gün keçirilən iclasında - rəhbərlik etdiyi qurumun ötənilki fəaliyyəti haqqında hesabatın müzakirəsi zamanı bildirib.


"Bu qədər ordu qarşısında hansı heyətlə fəaliyyət göstəririk? Qonşu ölkələr araşdırılsın. O ölkələrdə bizim kimi qurumların nə qədər işçisi var, nə qədər maliyyəsi var, araşdırın. Tək Gürcüstanı deyə bilərəm ki, 342 nəfər işçi işləyir. Maliyyəsini isə özünüz araşdırın", - deyə o qeyd edib.


Sədr plenar iclasda təklifləri dinləməyə və müqayisə aparmağa hazır olduğunu da sözlərinə əlavə edib.

**

Hesablama Palatasının təklif etdiyi məsələlərdən biri dövlət mənzil fondu ilə əlaqədardır.


Bunu Hesablama Palatasının sədri Vüqar Gülməmmədov Milli Məclisin İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinin bu gün keçirilən iclasında - rəhbərlik etdiyi qurumun ötənilki fəaliyyəti haqqında hesabatın müzakirəsi zamanı bildirib.


Onun sözlərinə görə, auditlər göstərir ki, fondla əlaqədar qanunvericilikdəki çatışmazlıqlar praktiki problemlərə səbəb olur.


"Dövlətin mənzillə təmin etməli olduğu şəxslərin əhatə dairəsinin dəqiqləşməsi, üstün mənzil təminatı olan hüquqi şəxslərin Mənzil Məcəlləsində nəzərə alınması vacibdir. Dediyim şəxslər qazilər və şəhid ailələridir. Şəhid ailələrinə güzəştlər haqqında qanunda mənzil şəraitinin yaxşılaşdırılması ehtiyacı olan şəhid ailələrinin yaşayış sahələri ilə birinci növbədə təmin edilməsi hüquqları təsbit olunub. Lakin Mənzil Məcəlləsində şəhid ailələrinin, müharibə nəticəsində əlil olan olan şəxslərin üstünlük hüququ fərqləndirilmir”, - deyə sədr əlavə edib.

**11:09

Bu gün Milli Məclisin İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinin iclası keçirilir.


Senzor.az-ın məlumatına görə, iclasın gündəliyinə bir məsələ daxil edilib.


Bu da Hesablama Palatasının 2023-cü ildə fəaliyyəti haqqında Hesabatdır. Hesabatı Palatanın sədri Vüqar Gülməmmədov təqdim edir.






Digər xəbərlər

Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
SenzoR.az – informasiya və araşdırma portalı
Təsisçi və baş redaktor: Rusvat Bayramov
Telefon: 050 322 43 84
Email: [email protected]
Bütün hüquqlar qorunur.
Materiallardan istifadə edərkən www.senzor.az saytına istinad etmək məcburidir.
Reklam yerləşdirmək üçün [email protected] ünvanına müraciət edə bilərsiniz.