DYP velosipedçilərə çağırış edib

DİN-in Baş Dövlət Yol Polisi İdarəsi velosipedçilərə çağırış edib.


BDYPİ-dən Senzor.az-a verilən xəbərə görə, müraciətdə deyilir:


"Respublikamızın və paytaxtın avtomobil yollarında velosipedçilər yol hərəkəti qaydalarına ciddi əməl etməlidirlər. Velosipedçilərin avtomobil yolunun hərəkət hissəsində düzgün olmayan hərəkətləri təhlükə yaradır, qəza riskini artırır.


Yollarda xüsusi velosiped zolaqları olmadıqda velosipedçilər yolun, küçənin hərəkət hissəsinin kənarı və ya yol çiyinləri ilə hərəkət etməlidir. Velosipedçilər təhlükəsizlik dəbilqələrindən istifadə etməli, yol hərəkəti qaydalarını bilməli və yerinə yetirməli, xüsusilə yolun hərəkət hissəsində xaotik hərəkətlərdən çəkinməlidirlər.


Diqqətə çatdırırıq ki, velosipedçilər tərəfindən yol hərəkəti qaydalarına ciddi riayət edilməli, özlərinin və digər hərəkət iştirakçılarının təhlükəsizliklərinə məsuliyyətlə yanaşmalıdırlar. Qaydalara əməl etməyən velosipedçilər qanunvericiliyin tələblərinə uyğun olaraq inzibati qaydada məsuliyyətə cəlb olunacaqlar".






Digər xəbərlər

Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
SenzoR.az – informasiya və araşdırma portalı
Təsisçi və baş redaktor: Rusvat Bayramov
Telefon: 050 322 43 84
Email: [email protected]
Bütün hüquqlar qorunur.
Materiallardan istifadə edərkən www.senzor.az saytına istinad etmək məcburidir.
Reklam yerləşdirmək üçün [email protected] ünvanına müraciət edə bilərsiniz.