Ölkə ərazisində duman müşahidə olunur - BƏZİ YOLLARDA GÖRÜNÜŞ MƏSAFƏSİ MƏHDUDLAŞIB

Hazırda ölkə ərazisində duman müşahidə olunur. Duman ilin keçid dövrləri üçün xarakterik olan, əsasən gecə və səhər saatlarında müşahidə edilən atmosfer hadisəsidir.

 

Senzor.az bildirir ki, bunu Milli Hidrometeorologiya Xidməti Proqnozlar Bürosunun direktoru Gülşad Məmmədova deyib.

 

Onun sözlərinə görə, yer səthinə yaxın hava qatında su buxarlarının kondensasiyası nəticəsində duman əmələ gəlib.

 

Xəzər dənizi üzərində formalaşan duman qatı cənub-şərq istiqamətli küləklər vasitəsilə Abşeron yarımadasına hərəkət edib.

 

Bakıda və Abşeron yarımadasında: Maştağa, Binə, Neft Daşları, Pirallahı, Çilov adası, Daşkəsən, Göygöl, Şəmkir, Qax, Balakən, Şəki, Qrız, Yevlax, Göyçay, Cəfərxan, Lerikdə duman müşahidə olunur və görünüş 50-200 metrədək məhdudlaşıb.

 

Cənub-şərq küləyinin axşama doğru şimal-qərb küləyi ilə əvəz olunacağı gözlənilir ki, bu da dumanın dağılmasına səbəb olacaq.






Digər xəbərlər

Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
SenzoR.az – informasiya və araşdırma portalı
Təsisçi və baş redaktor: Rusvat Bayramov
Telefon: 050 322 43 84
Email: [email protected]
Bütün hüquqlar qorunur.
Materiallardan istifadə edərkən www.senzor.az saytına istinad etmək məcburidir.
Reklam yerləşdirmək üçün [email protected] ünvanına müraciət edə bilərsiniz.