Aprelin 14-də Bakıda və Abşeron yarımadasında hava şəraitinin dəyişkən buludlu olacağı, əsasən yağmursuz keçəcəyi gözlənilir.
Milli Hidrometeorologiya Xidmətindən Senzor.az-a verilən məlumata görə, cənub-qərb küləyi əsəcək.
Havanın temperaturu gecə 7-12°, gündüz 16-21° isti olacaq.
Atmosfer təzyiqi 761 mm civə sütunu, nisbi rütubət isə gecə 55-60 %, gündüz 40-45 % olacaq.
Azərbaycanın rayonlarında da havanın əsasən yağmursuz keçəcəyi, lakin gündüz dağlıq ərazilərdən başlayaraq bəzi yerlərdə arabir yağıntılı olacağı gözlənilir. Şimşək çaxacağı, dolu düşəcəyi, axşam ayrı-ayrı yerlərdə yağıntıların intensiv olacağı, dağlıq ərazilərdə qar yağacağı ehtimalı var. Bəzi yerlərdə arabir duman olacaq. Mülayim qərb küləyi əsəcək.
Havanın temperaturu gecə 8-13°, gündüz 20-25°, dağlarda gecə 2-6°, gündüz 6-10° isti olacaq.