Gəncədə bazarda yanğın olub
FOTO

Gəncə şəhərində bazar ərazisində ümumi sahəsi 150 m² olan talvarın taxta atmaları 25 m² sahədə, piştaxta 40 m² sahədə və 3 ədəd soyuducu qismən yanıb.

 

Fövqəladə Hallar Nazirliyindən Senzor.az-a verilən xəbərə görə, bazarın qalan hissəsi yanğından mühafizə olunub.

 

Alovun qarşısı yanğından mühafizə bölmələri tərəfindən alınıb.

 

APA-nın daha əvvəl verdiyi məlumata görə, şəhərin Mahrasa bağı qəsəbəsində yerləşən bazarda qəfildən yanğın başlayıb.

 

Hadisə yerinə Fövqəladə Hallar Nazirliyinin 2 yanğınsöndürmə maşını və canlı qüvvəsi cəlb olunub.

 

İlkin məlumata görə, yanğın səhər saat 05 radələrində süd məhsulları satılan rəfdə baş verib. Həmin ərazidə olan soyuducular və məhsullar yanaraq yarasız hala düşüb.

 

Yanğınsöndürənlər alovun digər rəflərə keçməsinin qarşısını alıblar.

 

Hələlik hadisənin hansı səbəbdən baş verdiyi məlum deyil. İlkin versiyaya görə, yanğına elektrik xətlərindəki qısaqapanma səbəb olub.






Digər xəbərlər

Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
SenzoR.az – informasiya və araşdırma portalı
Təsisçi və baş redaktor: Rusvat Bayramov
Telefon: 050 322 43 84
Email: [email protected]
Bütün hüquqlar qorunur.
Materiallardan istifadə edərkən www.senzor.az saytına istinad etmək məcburidir.
Reklam yerləşdirmək üçün [email protected] ünvanına müraciət edə bilərsiniz.