Avqustun 25-də Bakıda və Abşeron yarımadasında gecə və səhər bəzi yerlərdə qısamüddətli yağış yağacağı gözlənilir.
Senzor.az Milli Hidrometeorologiya Xidmətinə istinadən bildirir ki, şimşək çaxacağı ehtimalı var. Günün ikinci yarısında hava dəyişkən buludlu və əsasən yağmursuz keçəcək. Mülayim şimal-qərb küləyi əsəcək.
Havanın temperaturu yarımadada gecə 24-27°, gündüz 30-34°, Bakıda gecə 25-27°, gündüz 32-34° isti olacaq.
Atmosfer təzyiqi 758 mm civə sütunu təşkil edəcək. Nisbi rütubət 60-70 % olacaq.
Azərbaycanın rayonlarında bəzi yerlərdə şimşək çaxacağı, arabir yağış yağacağı gözlənilir. Əsasən dağlıq və dağətəyi rayonlarda intensiv olacağı, dolu düşəcəyi ehtimalı var. Axşama doğru tədricən kəsiləcək. Qərb küləyi ayrı-ayrı yerlərdə arabir güclənəcək.
Havanın temperaturu gecə 21-26°, gündüz 32-37°, dağlarda gecə 12-17°, gündüz 20-25° isti olacaq.