Yağış yağacaq, dolu düşəcək... PROQNOZ

Avqustun 26-da Bakıda və Abşeron yarımadasında havanın yağmursuz keçəcəyi gözlənilir.
 
Senzor.az
 Milli Hidrometeorologiya Xidmətinə istinadən bildirir ki, şimal-şərq küləyi əsəcək. Havanın temperaturu yarımadada gecə 24-26°, gündüz 34-37°, Bakıda gecə 24-26°, gündüz 34-36° isti olacaq.
 
Atmosfer təzyiqi 758 mm civə sütunu təşkil edəcək. Nisbi rütubət gecə 60-70,  gündüz 35-40 % olacaq.
 
Abşeronda dəniz suyunun hərarəti şimal çimərliklərində (Sumqayıt, Novxanı, Pirşağı, Nardaran, Bilgəh, Zaqulba) 25-26°, cənub çimərliklərində (Türkan, Hövsan, Sahil, Şıx) 26-27° isti olacaq.
 
Sabah Abşeron yarımadasında meteoroloji amillərin zəif və mülayim tərəddüdü gözlənilir ki, bu da meteohəssas insanlar üçün əsasən əlverişlidir.
 
Azərbaycanın rayonlarında hava əsasən yağmursuz keçəcək. Lakin gündüz saatlarında bəzi dağlıq rayonlarda şimşək çaxacağı, yağış yağacağı gözlənilir. Dolu düşəcəyi ehtimalı var. Şərq küləyi əsəcək. 
 
Havanın temperaturu gecə 21-26°, gündüz 33-38°, dağlarda gecə 12-17°, gündüz 23-28° isti olacaq.
 
Xidmətdən onu da bildiriblər ki, avqustun 26-27-də gündüz saatlarında Böyük və Kiçik Qafqazın bəzi rayonlarında şimşək çaxacağı, arabir yağış yağacağı, Böyük Qafqazın bəzi dağlıq rayonlarında yağışın intensivləşəcəyi gözlənilir.
 
Dolu düşəcəyi ehtimalı var. Çaylarda sululuğun artacağı, bəzi dağ çaylarından qısamüddətli sel keçəcəyi ehtimal olunur.





Digər xəbərlər

Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
SenzoR.az – informasiya və araşdırma portalı
Təsisçi və baş redaktor: Rusvat Bayramov
Telefon: 050 322 43 84
Email: [email protected]
Bütün hüquqlar qorunur.
Materiallardan istifadə edərkən www.senzor.az saytına istinad etmək məcburidir.
Reklam yerləşdirmək üçün [email protected] ünvanına müraciət edə bilərsiniz.