Azərbaycanda bir neçə rayonun mərkəzi xəstəxanası diaqnostika mərkəzləri ilə birləşdirilir.
“Report”un məlumatına görə, 9 rayonun mərkəzi xəstəxanası həmin rayonlarda yerləşən diaqnostika mərkəzlərinin ona qoşulması yolu ilə yenidən təşkil olunur.
Qeyd olunan tibb müəssisələri aşağıdakılardır:
- “Füzuli Rayon Mərkəzi Xəstəxanası” “Füzuli Müalicə Diaqnostika Mərkəzi”nin;
- “Lənkəran Mərkəzi Rayon Xəstəxanası” “Lənkəran Müalicə Diaqnostika Mərkəzi”nin;
- “Qazax Rayon Mərkəzi Xəstəxanası” “Qazax Müalicə Diaqnostika Mərkəzi”nin;
- “Qəbələ Rayon Mərkəzi Xəstəxanası” “Qəbələ Müalicə Diaqnostika Mərkəzi”nin;
- “Quba Rayon Mərkəzi Xəstəxanası” “Quba Müalicə Diaqnostika Mərkəzi”nin;
- “Şamaxı Rayon Mərkəzi Xəstəxanası” “Şamaxı Müalicə Diaqnostika Mərkəzi”nin;
- “Şirvan Rayon Mərkəzi Xəstəxanası” “Şirvan Müalicə Diaqnostika Mərkəzi”nin;
- “Zaqatala Rayon Mərkəzi Xəstəxanası” “Zaqatala Müalicə Diaqnostika Mərkəzi”nin;
- “Tovuz Rayon Mərkəzi Xəstəxanası” “Tovuz Müalicə Diaqnostika Mərkəzi”nin ona qoşulması ilə yenidən təşkil olunur.