Yeni sədr onların da qohumlarını işdən çıxardı

Azərbaycan Həmkarlar İttifaqları Konfederasiyasının (AHİK) katibi, Audit şöbəsinin müdiri İlham Aslan vəzifəsindən azad edilib.

 

“Unikal” xəbər verir ki, bu barədə AHİK sədri Sahib Məmmədov əmr imzalayıb.

 

Hələlik İlham Aslanın yerinə təyinat yoxdur.

 

Qeyd edək ki, İ.Aslan müdafiə nazirinin sabiq müavini - Əlahiddə Ümumqoşun Ordusunun sabiq komandanı general-polkovnik Kərəm Mustafayevin bacısı oğludur.

 

Eyni zamanda, AHİK-in Audit şöbəsinin müdir müavini Orxan Həbibbəyli də vəzifəsindən azad edilib. Hələlik onun da  yerinə təyinat yoxdur.

 

O.Həbibbəyli Azərbaycan Milli Elmlər Akademiyasının prezidenti İsa Həbibbəylinin qardaşı oğludur.

 

“Qafqazinfo” xatırladır ki, bir neçə gün öncə Azərbaycan Həmkarlar İttifaqları Konfederasiyasının keçmiş sədri, VII çağırış Milli Məclisin deputatı Səttar Möhbalıyevin həyat yoldaşı Böyükxanım Möhbalıyeva da sözügedən qurumun Beynəlxalq əlaqələr departamentindəki vəzifəsindən azad edilib.

 

Qeyd edək ki, Sahib Məmmədov AHİK-in avqustun 26-sı keçirilən növbədənkənar VII qurultayında sədr vəzifəsinə seçilib.






Digər xəbərlər

Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
SenzoR.az – informasiya və araşdırma portalı
Təsisçi və baş redaktor: Rusvat Bayramov
Telefon: 050 322 43 84
Email: [email protected]
Bütün hüquqlar qorunur.
Materiallardan istifadə edərkən www.senzor.az saytına istinad etmək məcburidir.
Reklam yerləşdirmək üçün [email protected] ünvanına müraciət edə bilərsiniz.