Sumqayıtda bir neçə təhsil müəssisəsinin rəhbər heyəti arasında kadr dəyişikliyi olub.
İqtisadiyyat.az xəbər verir ki, bununla bağlı müvafiq əmrlər imzalanıb.
Belə ki, Qönçə Səftərova "Təfəkkür Liseyi"nin direktoru, Adilə Süleymanova 11 nömrəli tam orta məktəbin direktoru və Gülbahar Haqverdiyeva isə 6 nömrəli tam orta məktəbin direktoru vəzifəsindən azad olunublar.
Digər əmrlərlə Q.Səftərova 6 nömrəli tam orta məktəbə, A.Süleymanova "Təfəkkür Liseyi"nə, G.Haqverdiyeva isə 63 nömrəli körpələr evinə rəhbər təyin ediliblər.