Oktyabrın 12-də Bakıda və Abşeron yarımadasında bəzi yerlərdə arabir yağış yağacağı gözlənilir. Yarımadanın ayrı-ayrı yerlərində intensivləşəcəyi, şimşək çaxacağı ehtimalı var. Axşam tədricən kəsiləcək. Şimal-şərq küləyi əsəcək.
Milli Hidrometeorologiya Xidmətindən Senzor.az-a verilən məlumata görə, havanın temperaturu gecə 15-18°, gündüz 19-23° isti olacaq.
Atmosfer təzyiqi 762 mm civə sütunu, nisbi rütubət isə gecə 75-85 %, gündüz 60-65 % təşkil edəcək.
Azərbaycanın rayonlarında da bəzi yerlərdə arabir yağış yağacağı, şimşək çaxacağı gözlənilir. Ayrı-ayrı yerlərdə leysan xarakterli intensiv və güclü olacağı, dolu düşəcəyi, yüksək dağlıq ərazilərdə qar yağacağı ehtimalı var. Gecə və səhər arabir duman olacaq. Mülayim qərb küləyi ayrı-ayrı yerlərdə arabir güclənəcək.
Havanın temperaturu gecə 11-16°, gündüz 20-25°, dağlarda gecə 3-8°, gündüz 10-15° isti olacaq.