Sosial şəbəkələrdə Bakıda zavodda baş vermiş bədbəxt hadisənin görüntüləri yayılıb.
“Qafqazinfo” xəbər verir ki, görüntülərin 2 gün əvvəl Biləcəri qəsəbəsində lentə alındığı və oradakı zavodda çalışan 20 yaşlı oğlanın aldığı xəsarətlərdən hadisə yerində vəfat etdiyi bildirilib.
Saytın əldə etdiyi məlumata görə, hadisə sentyabrın 20-si Binəqədi rayonunda yerləşən metallurgiya müəssisəsində baş verib. Həmin vaxt orada çalışan Coşqun Şahbazlının başına metal cisim düşüb. O, xəstəxanaya çatdırılsa da, dünyasını dəyişib.
Hadisə ilə bağlı Binəqədi Rayon Prokurorluğunda araşdırma aparılır.
Hadisənin görüntülərini təqdim edirik:
**
“Qaynarinfo”nun yaydığı məlumata görə, hadisə “Mars-A” şirkətinə məxsus zavodda baş verib.