Azad edilmiş ərazilərdə 1 milyon 167 min hektara yaxın təhlükəli sahə var
ANAMA

Bizim ilkin qiymətləndirməmizə görə, işğaldan azad edilmiş ərazilərdə hazırda 1 milyon 167 min hektara yaxın təhlükəli sahə var.

 

Senzor.az bildirir ki, bunu Milli Məclisin Müdafiə, təhlükəsizlik və korrupsiya ilə mübarizə komitəsinin oktyabrın 16-da keçirilən iclasında Azərbaycan Respublikası Minatəmizləmə Agentliyi  (ANAMA) İdarə Heyəti sədrinin birinci müavini Bəhruz Məmmədov deyib.

 

“İşğaldan azad edilmiş ərazilərdə elə bir yer yoxdur ki, minatəmizləyənlər orada mina olmadığını və çirklənmədiyini əminliklə söyləsinlər. Bu günə qədər 166 min hektarda, ümumi ərazilərin 14,2 faizində təmizləmə aparılıb. Dörd ilə əldə olunan bu faiz göstəricisi prosesin hələ çox davam edəcəyini deməyə əsas verir. “Minatəmizləmə fəaliyyəti haqqında” Qanunun yaranması zərurətindən biri də budur. Hər bir dövlət beynəlxalq standartlara uyğun olaraq özünün daxili sənədlərini hazırlamalıdır. Qanun layihəsi hazırlanarkən yığılmış bütün təcrübələrdən - beynəlxalq təşkilatların tövsiyələrindən və mina problemi ilə rastlaşmış ölkələrin təcrübəsindən istifadə edilib”, - deyə Bəhruz Məmmədov vurğulayıb.

 






Digər xəbərlər

Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
SenzoR.az – informasiya və araşdırma portalı
Təsisçi və baş redaktor: Rusvat Bayramov
Telefon: 050 322 43 84
Email: [email protected]
Bütün hüquqlar qorunur.
Materiallardan istifadə edərkən www.senzor.az saytına istinad etmək məcburidir.
Reklam yerləşdirmək üçün [email protected] ünvanına müraciət edə bilərsiniz.