Füzulidə Şəhər Günü: Tədbir geniş konsert proqramı və atəşfəşanlıqla başa çatdı
YENİLƏNİB, FOTO

Füzuli Şəhəri Günündə əslən Füzuli rayonundan olan müğənni və ifaçıların iştirakı ilə geniş konsert proqramı təqdim olunub.

 

Senzor.az bildirir ki, bu barədə Mədəniyyət Nazirliyindən məlumat verilib.

 

Əvvəlcə səhnəyə çıxan Ağdam, Füzuli və Xocavənd rayonlarında Azərbaycan Respublikası Prezidentinin xüsusi nümayəndəsi Emin Hüseynov tədbir iştirakçılarını əlamətdar gün münasibətilə təbrik edib.

 

O, Füzuli Şəhəri Gününün tarixi haqqında məlumat verib. Deyib ki, azad Füzulidə artıq ikinci dəfədir "Şəhər günü" qeyd olunur: "Bu xoş günləri bizə canı-qanı bahasına yaşadan şəhidlərimizin ruhu qarşısında baş əyirəm. Düz dörd il bundan əvvəl Müzəffər Ali Baş Komandanın rəhbərliyi ilə şanlı Ordumuz böyük qəhrəmanlıq göstərərək Füzulini işğaldan azad etdi. Bir zaman abad, gözəl şəhər olan Füzulidən əsər-əlamət qalmamışdı".

 

Qeyd olunub ki, Prezident İlham Əliyev bilavasitə diqqəti ilə dövlət tərəfindən digər azad olunmuş yaşayış məntəqələri kimi, Füzuli şəhərində də genişmiqyaslı bərpa-quruculuq işləri aparılır.

 

E.Hüseynov çıxışının sonunda tədbirin yüksək səviyyədə təşkilinə görə Mədəniyyət Nazirliyinə minnətdarlığını bilidirib. Qeyd edib ki, nazirlik tərəfindən işğaldan azad edilmiş ərazilərdə rəngarəng mədəni-kütləvi tədbirlər təşkil olunur.

 

Sonra söz musiqiçilərə verilib. Konsertdə müğənnilər - Zamiq Hüseynov, Eldəniz Məmmədov, Elnur Məmmədli, Könül Məmmədli, Zemfira İbrahimova, Orxan Hüseynli, instrumental ifaçılar - kamançaçı Pərviz Fərhadov, tarzən Ədalət Behbudov, gitaraçı Rəhman Məmmədli, pianoçu Tural Məmmədlinin ifasında xalq və bəstəkar mahnıları səsləndirilib.

 

Konsert proqramı alqışlarla qarşılanıb.

 

Mədəniyyət Nazirliyi və Ağdam, Füzuli və Xocavənd rayonlarında Azərbaycan Respublikası Prezidentinin xüsusi nümayəndəliyinin birgə təşkilatçılığı ilə oktyabrın 17-də keçirilən növbəti Füzuli Şəhəri Günü axşam saatlarında möhtəşəm atəşfəşanlıqla başa çatıb. Rəngarəng sərgilər, tamaşa və kompozisiyalar, konsertlər doğma yurda qayıdışın sevincini yaşayan Füzuli sakinlərinin yaddaşında silinməz izlər qoyub.

 


**10:58


17 Oktyabr Füzuli Şəhəri Günüdür. Bu münasibətlə Mədəniyyət Nazirliyi və Ağdam, Füzuli və Xocavənd rayonlarında Azərbaycan Respublikası Prezidentinin xüsusi nümayəndəliyinin birgə təşkilatçılığı ilə Füzulidə təntənəli Şəhər Günü tədbiri keçirilir.

 

Senzor.az bildirir ki, tədbirdə dövlət və hökumət rəsmiləri, Mədəniyyət Nazirliyinin nümayəndələri, incəsənət xadimləri və digər qonaqlar iştirak edirlər.

 

Doğma yurda qayıtmış Füzuli sakinləri bu gün böyük həvəs və sevinclə bayram şöləninə hazırlaşırlar. Tədbir iştirakçıları rəngarəng tematik sərgilərlə tanış olacaq, incəsənət ustalarının, bədii kollektivlərin ifasında maraqlı konsert proqramını izləyəcəklər.

 

Gün ərzində proqram çərçivəsində "Ümummilli Lider Heydər Əliyev və Füzuli”, "Zamanın qanadlarında: Füzuli" adlı fotosərgilər, "Mənim Füzulim" rəsm sərgisi, "Füzuli 530" tamaşası, dekorativ-tətbiqi xalq sənəti növləri üzrə ustad dərsləri və uşaqlar üçün əyləncə zonası təşkil olunacaq. Həmçinin Füzuli rayonunun tarix və mədəniyyət abidələri haqqında məlumatlar təqdim ediləcək, burada aparılan arxeoloji qazıntılar nəticəsində aşkarlanmış maddi-mədəniyyət nümunələr nümayiş olunacaq.

 

Tədbirə qala-konsert proqramı və atəşfəşanlıqla yekun vurulacaq.

 

Qeyd edək ki, Prezident İlham Əliyevin imzaladığı 2023-cü il 31 iyul tarixli Sərəncamla Azərbaycan Respublikasının işğaldan azad edilmiş əraziləri üzrə şəhər günləri təsis olunub. Sərəncama əsasən, 17 Oktyabr Füzuli Şəhəri Günüdür.






Digər xəbərlər

Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
SenzoR.az – informasiya və araşdırma portalı
Təsisçi və baş redaktor: Rusvat Bayramov
Telefon: 050 322 43 84
Email: [email protected]
Bütün hüquqlar qorunur.
Materiallardan istifadə edərkən www.senzor.az saytına istinad etmək məcburidir.
Reklam yerləşdirmək üçün [email protected] ünvanına müraciət edə bilərsiniz.