Əli Həsənov qızının işdən çıxarılmasından danışdı “ÖZ ƏRİZƏSİ İLƏ GEDİB, LONDONDADIR...”

Prezidenin sabiq köməkçisi Əli Həsənovun qızı Səfiyə Mehbalıyevanın (Həsənova) Prezident yanında Dövlət İdarəçilik Akademiyasındakı işindən azad edilməsi haqda məlumat yayılıb. Ə. Həsənov sözügedən xəbərə münasibət bildirib.
 
Bu barədə Bakupost.az-a danışan Prezidenin sabiq köməkçisi bildirib ki, o, xaricdə təhsil almaq məqsədilə, öz ərizəsi əsasında işdən azad olunub: “Mən hələ Prezident yanında Dövlət İdarəçilik Akademiyasının “Beynəlxalq münasibətlər və xarici siyasət” kafedrasının müdiri olarkən qızım Səfiyə xaricdə təhsil almaq məqsədilə öz ərizəsi ilə işdən azad olunub və Londonda təhsil alır. Sadəcə olaraq akademiyanın saytı yenilənməyib deyə, onun adı indi götürülüb. Saytda onun indi işdən çıxarılmasının göstərilməsi texniki xətadır”.
 
Qeyd edək ki, Prezident yanında Dövlət İdarəçilik Akademiyasının “Beynəlxalq münasibətlər və xarici siyasət” kafedrasına 20 il Əli Həsənov rəhbərlik edib və qızını da həmin kafedranın müəllimi vəzifəsinə təyin edib.
 
Məlumat üçün onu da bildirək ki, Əli Həsənovun qızı eyni zamanda Milli Məclisin üzvü, Azərbaycan Həmkarlar İttifaqı Konfederasiyasının sədri Səttar Mehbalıyevin oğlu - Qaradağ Rayon Polis İdarəsinin sabiq rəisi, polkovnik İsfəndiyar Mehbalıyevin həyat yoldaşıdır.





Digər xəbərlər

Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
SenzoR.az – informasiya və araşdırma portalı
Təsisçi və baş redaktor: Rusvat Bayramov
Telefon: 050 322 43 84
Email: [email protected]
Bütün hüquqlar qorunur.
Materiallardan istifadə edərkən www.senzor.az saytına istinad etmək məcburidir.
Reklam yerləşdirmək üçün [email protected] ünvanına müraciət edə bilərsiniz.