Təmir işləri ilə əlaqədar sabah Bakının bəzi ərazilərinin qaz təchizatında müvəqqəti fasilə yaranacaq.
Senzor.az bildirir ki, bu barədə “Azəriqaz” İstehsalat Birliyindən məlumat verilib.
Qeyd olunub ki, Səbail rayonu, 20-ci Sahə Arif İsmayılov və Yüzbəy Mürsəlov küçələri ilə yeni çəkilmiş yerüstü qaz xəttinin şəbəkəyə qoşulması, Nizami rayonu, E.Süleymanov küçəsində 1 ədəd siyirtmənin quraşdırılması, Xəzər rayonunda qaz xəttinin hündürlüyə qaldırılması məqsədilə saat 10:00-dan etibarən qaz təchizatı dayandırılacaq.
Təmir-quraşdırma işləri görülən müddətdə Səbail rayonu üzrə Lomonosov, Çerniyakov, İsmayılov, Y. Bədəlov küçələrinin, Nizami rayonu üzrə E.Süleymanov, Naxçıvani və B.Nuriyev küçələrinin, Xəzər rayonu üzrə isə Gürcüstanlılar məhəlləsinin qaz təchizatında fasilə yaranacaq.