Şəhər günü qeyd edilən Qubadlının “Böyük Qayıdış” proqramı çərçivəsində bərpasının əsas mərhələlərini əks etdirən videoçarx yayımlanıb.
Senzor.az bildirir ki, Dövlət Şəhərsalma və Arxitektura Komitəsinin sədri Anar Quliyevin payaşdığı videoçarxda şəhərin müasir şəhərsalma prinsipləri nəzərə alınmaqla, Baş Plana uyğun olaraq necə inkişaf etdirilməsi göstərilir.
Bu proqram çərçivəsində Qubadlının davamlı dirçəlişini təmin edən ekoloji həllər, innovativ texnologiyalar və rahat şəhər mühitinin yaradılmasına xüsusi diqqət yetirilir.
Layihə işğaldan azad edilmiş ərazilərin hərtərəfli bərpasının nümunəsi olaraq, Azərbaycanın davamlı inkişafa və tarixi torpaqların dirçəldilməsinə sadiqliyini təsdiqləyən və gələcəkdə azad edilmiş torpaqları gözləyən firavanlığın rəmzidir.