Bakı bulvarında gəmi gəzintisi bərpa edildi

Bakı bulvarında gəmi gəzintisi bərpa edilib.

 

Senzor.az-ın məlumatına görə, Dənizkənarı Bulvar İdarəsi mətbuat xidmətinin rəhbəri Əfsanə Mehdiyeva jurnalistlərə bildirib ki, 2022-ci ildə dəniz suyunun səviyyəsinin aşağı enməsi ilə əlaqədar gəmi gəzintisində fasilə yaranmışdı.

 

O qeyd edib ki, iki illik fasilədən sonra “Mirvari” gəmisi yenidən fəaliyyətə başlayıb.

 

“Bakı Bulvarında gəmi gəzintisi bu gündən bərpa edildi. Gəminin təhlükəsiz və rahat hərəkəti məqsədilə "Mirvari" gəmisi təmir işləri görüləndən sonra artıq istifadəyə hazır vəziyyətə gətirilib. Noyabrın 1-dən etibarən gəmi artıq fəaliyyətə başlayıb.

 

Dəniz suyunun aşağı enməsi ilə əlaqədar artıq gəminin yeni ünvandan hərəkəti müəyyənləşdirilib. Əvvəl Sadko körpüsünün yanından hərəkət edirdisə, artıq dəniz vağzalının qarşısından hərəkətə başlayacaq. Çünki burada dənizin dərinliyi gəminin rahat və təhlükəsiz hərəkəti üçün imkan yaradır”, - deyə o qeyd edib.






Digər xəbərlər

Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
SenzoR.az – informasiya və araşdırma portalı
Təsisçi və baş redaktor: Rusvat Bayramov
Telefon: 050 322 43 84
Email: [email protected]
Bütün hüquqlar qorunur.
Materiallardan istifadə edərkən www.senzor.az saytına istinad etmək məcburidir.
Reklam yerləşdirmək üçün [email protected] ünvanına müraciət edə bilərsiniz.