Sabah hava necə olacaq?
PROQNOZ

Noyabrın 3-də Bakıda və Abşeron yarımadasında havanın dəyişkən buludlu olacağı, əsasən yağmursuz keçəcəyi, lakin axşam buludluluğun artacağı, gecəyə doğru bəzi yerlərdə arabir yağış yağacağı, şimşək çaxacağı gözlənilir.

 

Milli Hidrometeorologiya Xidmətindən Senzor.az-a verilən məlumata görə, gecə və səhər bəzi yerlərdə duman olacaq, arabir güclənən cənub-qərb küləyi günün ikinci yarısında güclü şimal-qərb küləyi ilə əvəz olunacaq.

 

Havanın temperaturu gecə 11-14°, gündüz 16-20° isti olacaq. Atmosfer təzyiqi 756 mm civə sütunundan 764 mm civə sütununa yüksələcək. Nisbi rütubət gecə və gündüz 65-75 %olacaq.

 

Azərbaycanın rayonlarında da havanın əsasən yağmursuz keçəcəyi, lakin günün ikinci yarısı şimal və qərb rayonlarından başlayaraq bəzi yerlərdə arabir yağıntılı olacağı, şimşək çaxacağı gözlənilir.

 

Ayrı-ayrı yerlərdə leysan xarakterli intensiv olacağı, dolu düşəcəyi, dağlıq və dağətəyi rayonlarda qar yağacağı ehtimalı var. Bəzi yerlərdə arabir duman olacaq. Mülayim qərb küləyi ayrı-ayrı yerlərdə arabir güclü olacaq.

 

Havanın temperaturu gecə 5-10°, gündüz 20-25°, dağlarda gecə 1-6°, gündüz 10-15° isti olacaq.






Digər xəbərlər

Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
SenzoR.az – informasiya və araşdırma portalı
Təsisçi və baş redaktor: Rusvat Bayramov
Telefon: 050 322 43 84
Email: [email protected]
Bütün hüquqlar qorunur.
Materiallardan istifadə edərkən www.senzor.az saytına istinad etmək məcburidir.
Reklam yerləşdirmək üçün [email protected] ünvanına müraciət edə bilərsiniz.