Noyabrın 6-da Bakıda və Abşeron yarımadasında havanın dəyişkən buludlu olacağı, arabir tutulacağı, əsasən yağmursuz keçəcəyi gözlənilir. Lakin gecə və axşam bəzi yerlərdə arabir yağış yağacağı gözlənilir. Mülayim şimal-qərb küləyi səhər şimal-şərq küləyi ilə əvəz olunacaq.
Senzor.az Milli Hidrometeorologiya Xidmətinə istinadən bildirir ki, havanın temperaturu gecə 6-8°, gündüz 11-14° isti olacaq.
Atmosfer təzyiqi 770 mm civə sütunundan 774 mm civə sütununa yüksələcək. Nisbi rütubət gecə 75-80 %, gündüz 60-65 % olacaq.
Azərbaycanın rayonlarında bəzi yerlərdə arabir yağıntılı olacağı, şimşək çaxacağı, dağlıq ərazilərdə qar yağacağı gözlənilir. Ayrı-ayrı yerlərdə qısamüddətli leysan xarakterli olacağı, dolu düşəcəyi ehtimalı var. Gündüz tədricən kəsiləcək. Arabir duman olacaq. Mülayim qərb küləyi əsəcək.
Havanın temperaturu gecə 4-8°, gündüz 10-15° isti, dağlarda gecə 0-5° şaxta, yüksək dağlıq ərazilərdə 5-10° şaxta, gündüz 3° şaxtadan 2°-dək isti olacaq.