Hazırda Bakı, Cəlilabad və Lənkəranın bir hissəsində işıq yoxdur

Bu gün Bakının Suraxanı rayonu, Cəlilabad və Lənkəran şəhərinin bəzi qəsəbə və kəndlərində elektrik enerjisinin verilişində məhdudiyyət yaranıb.

 

Senzor.az bildirir ki, bu barədə “Azərişıq” ASC-dən məlumat verilib.

 

Bildirilib ki, Suraxanı Rayon Enerji Təchizatı və Satışı İdarəsi (RETSİ) ərazisində yerləşən Zığ qəsəbəsində yenidənqurma işləri ilə əlaqədar dekabrın 27-də saat 10:00-dan elektrik xətləri sifarişə əsasən açılıb.

 

Bununla əlaqədar olaraq saat 16:00-dək qəsəbədə elektrik enerjisinin verilişində məhdudiyyət olacaq. Yenidənqurma işləri başa çatdıqdan sonra sözügedən ərazi daha keyfiyyətli elektrik enerjisi ilə təmin olunacaq.

 

Bundan başqa, Cənub RETSİ-yə daxil olan bir sıra rayonlarda da təmir işləri ilə əlaqədar bu gün saat 10:00-dan elektrik xətləri sifarişə əsasən açılıb.

 

Bununla əlaqədar olaraq saat 14:00-dək Cəlilabad Elektrik Şəbəkəsində (EŞ) Göytəpə şəhər inzibati ərazi dairəsi, Muğan, Ağdaş, Privolnoye, Komanlı kəndləri, saat 11:00-dək Lənkəran Elektrik Şəbəkəsində 1-ci və 2-ci mikrorayonlarda, Kiçik bazar, Raypo, Səttərxan, Azad Mirzəyev, Hənifə Abdullayev küçələrində elektrik enerjisinin verilişində məhdudiyyət olacaq. Təmir işləri başa çatdıqdan sonra sözügedən ərazilər daha keyfiyyətli elektrik enerjisi ilə təmin ediləcək.






Digər xəbərlər

Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
SenzoR.az – informasiya və araşdırma portalı
Təsisçi və baş redaktor: Rusvat Bayramov
Telefon: 050 322 43 84
Email: [email protected]
Bütün hüquqlar qorunur.
Materiallardan istifadə edərkən www.senzor.az saytına istinad etmək məcburidir.
Reklam yerləşdirmək üçün [email protected] ünvanına müraciət edə bilərsiniz.