İlhamə Elşadqızı ağır ittihamla həbs edildi

“TikTok”da əxlaqsızlığın təbliğinə qarşı keçirilən əməliyyatlarla saxlanılan və  özünü şairə kimi təqdim edən İlhamə Elşadqızı da cinayət məsuliyyətinə cəlb edilib.

 

Senzor.az bildirir ki, son vaxtlar çıxışları ilə qınaq obyektinə çevrilən tiktokçu Cinayət Məcəlləsinin 234.1-1 (Satış məqsədi olmadan külli miqdarda qanunsuz narkotik vasitələr və ya psixotrop maddələri saxlama və ya daşıma) maddəsi ilə ittiham edilir. Onun istintaqdan gizlənmək ehtimalı da nəzərə alınaraq azadlıqda qalması əsaslı hesab edilməyib.

 

Yasamal Rayon Məhkəməsinin qərarı ilə İlhamə Elşadqızı barəsində 4 aylıq həbs qətimkan tədbiri seçilib.

 

O, verilmiş ittihamla təqsirli bilinərsə, 8 ilə kimi azadlıqdan məhrum edilə bilər.

 

Xatırladaq ki,  bu günlərdə polis tərəfindən "TikTok" əməliyyatı keçirilib.

 

Cinayət yolu ilə əldə edilmiş pul vəsaitlərinin leqallaşdırılması və internetdə onlayn qumar oyunlarının təşkili ilə bağlı Kibercinayətkarlıqla Mübarizə Baş İdarəsində cinayət işi başlanıb.

 

Cinayət işi çərçivəsində bu əməllərdə təqsirli bilinən Azər Zahid, onun köməkçisi Rövşən Təhməzov, həmçinin Emin və Rəşad Abdullayev qardaşları həbs olunublar.

 

Bundan əlavə, polisin sosial şəbəkələrdə əxlaqsızlığın təbliğinə qarşı keçirdiyi əməliyyatla saxlanılan tiktoker Vüqar Zeynalzadə (Vaqa) və Nuh Məmmədov da həbs ediliblər.






Digər xəbərlər

Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
SenzoR.az – informasiya və araşdırma portalı
Təsisçi və baş redaktor: Rusvat Bayramov
Telefon: 050 322 43 84
Email: [email protected]
Bütün hüquqlar qorunur.
Materiallardan istifadə edərkən www.senzor.az saytına istinad etmək məcburidir.
Reklam yerləşdirmək üçün [email protected] ünvanına müraciət edə bilərsiniz.