Bakı-Qroznı reysini yerinə yetirən “Embraer-190” tipli sərnişin təyyarəsinin qəzaya uğraması nəticəsində həlak olan ekipaj üzvləri - gəmi komandiri İqor Kşnyakin, pilot Aleksandr Kalyaninov və stüardessa Hökümə Əliyeva bu gün dekabrın 29-da II Fəxri xiyabanda dəfn olunublar.
Senzor.az xatırladır ki, bundan əvvəl ekipaj üzvləri ilə Heydər Əliyev Beynəlxalq Aeroportunda izdihamlı vida mərasimi keçirilib, Azərbaycan Prezidenti İlham Əliyev və birinci xanım Mehriban Əliyeva mərasimdə iştirak ediblər.
Dövlət və hökumət rəsmilərinin, ictimaiyyət nümayəndələrinin qatıldıqları dəfn məraimi də insan axını ilı müşayiət olunub.
Fotolar Xəyal Vəlizadənindir(“Qafqazinfo”)