Tovuzda evdə yanğın olub, hadisə yerində yaşlı kişinin meyiti aşkarlanıb.
Senzor.az bildirir ki, hadisə gecə saatlarında rayonun Aşağı Quşçu kəndində qeydə alınıb.
Yanğın evin həyətində olan köməkçi tikilidə baş verib. Evin 12 kvadratmetrlik sahəsinin yanar konstruksiyaları və oradakı əşyalar tamamilə yanıb. Yanğın söndürüldükdən sonra hadisə yerində ev sahibi Rafiq Hüseynovun qardaşı - 1954-cü il təvəllüdlü Fazil Hüseynovun yanmış meyiti tapılıb.
Faktla bağlı rayon prokurorluğunda araşdırma aparılır.