Bərdədə 2 min manata avtomat satmaq istəyən şəxs həbs olundu

Bərdə Rayon Polis Şöbəsi əməkdaşlarının keçirdikləri növbəti əməliyyat zamanı əvvəllər məhkum olunan Şahlar Həsənov şübhəli şəxs qismində saxlanılıb.

 

Senzor.az bildirir ki, bu barədə Daxili İşlər Nazirliyinin Mətbuat Xidmətindən məlumat verilib.

 

Bildirilib ki, onun yaşadığı ünvandan "Kalaşnikov" avtomatı, 29 ədəd patron və patron darağı aşkarlanıb. O, izahatında əldə etdiyi silah-sursatı 2000 manat müqabilində satmaq üçün özündə saxladığını bildirib.

 

Faktla bağlı cinayət işi başlanılıb, məhkəmənin qərarı ilə Ş.Həsənov barəsində həbs qətimkan tədbiri seçilib.

 

"Bir daha vətəndaşlara müraciət edərək bildiririk ki, əllərdə saxlanılan qanunsuz odlu silah-sursat könüllü olaraq polisə təhvil verilməlidir. Qanunsuz saxladığı odlu silahı, döyüş sursatını, partlayıcı maddələri könüllü surətdə təhvil verən şəxs, əgər həmin əşyaları cinayət törətməkdə istifadə etməyibsə, məsuliyyətdən azad edilir", - qurumun məlumatında qeyd edilib.






Digər xəbərlər

Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
SenzoR.az – informasiya və araşdırma portalı
Təsisçi və baş redaktor: Rusvat Bayramov
Telefon: 050 322 43 84
Email: [email protected]
Bütün hüquqlar qorunur.
Materiallardan istifadə edərkən www.senzor.az saytına istinad etmək məcburidir.
Reklam yerləşdirmək üçün [email protected] ünvanına müraciət edə bilərsiniz.