Mərkəzi Bank un idxalçısını inzibati məsuliyyətə cəlb edib - MƏHKƏMƏ ÇƏKİŞMƏSİ

Mərkəzi Bank iş adamı Tural Cəfərlini inzibati məsuliyyətə cəlb edib.

 

"Qaynarinfo" xəbər verir ki, iş adamına qarşı İnzibati Xətalar Məcəlləsinin 430.4-cü maddəsi ilə ittiham irəli sürülüb.

 

Qeyd edək ki, 430.4-cü maddə avans yolu ilə ödənilmiş valyuta vəsaitinin müqabilində müəyyən edilmiş müddətlərdə müvafiq mallar idxal edilmədikdə, işlər görülmədikdə və ya xidmətlər göstərilmədikdə ödənilmiş valyuta vəsaitinin xaricdən geri qaytarılmaması ilə bağlıdır.

 

Maddədə inzibati cəza növü kimi vəzifəli şəxslərin inzibati xətanın bilavasitə obyekti olmuş valyuta vəsaiti məbləğinin 10 faizindən 20 faizinədək məbləğdə, hüquqi şəxslərin isə inzibati xətanın obyekti olmuş valyuta vəsaiti məbləğinin 20 faizindən 30 faizinədək məbləğdə cərimə edilməsi nəzərdə tutulur.

 

Tural Cəfərli Mərkəzi Bankın qərarından məhkəməyə şikayət verib. Onun şikayətinə Nizami Rayon Məhkəməsində baxılacaq. Yanvarın 16-a iş üzrə məhkəmə baxış iclası təyin edilib.

 

Tural Cəfərlinin iş adamı kimi fəaliyyətinə gəlincə, onun adına Antiinhisar və İstehlak Bazarına Nəzarət Dövlət Xidmətinin 2022-ci ildə un idxalçıları haqqında açıqladığı məlumatda rast gəlinir.






Digər xəbərlər

Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
SenzoR.az – informasiya və araşdırma portalı
Təsisçi və baş redaktor: Rusvat Bayramov
Telefon: 050 322 43 84
Email: [email protected]
Bütün hüquqlar qorunur.
Materiallardan istifadə edərkən www.senzor.az saytına istinad etmək məcburidir.
Reklam yerləşdirmək üçün [email protected] ünvanına müraciət edə bilərsiniz.