Şəmkir rayonunda 29 yaşlı şəxsi elektrik cərəyanı vuraraq öldürüb.
"Report"un məlumatına görə, hadisə rayonun Dəllər Cəyir kəndində qeydə alınıb.
Belə ki, 1996-cı il təvəllüdlü İntiqam Əsgərov evin çardağında iş görən zaman elektrik cərəyanı vurması nəticəsində dünyasını dəyişib.
Faktla bağlı araşdırma aparılır.