
Laçın rayonunun Sus kəndi ərazisində iyunun 23-ü saat 10:00-da minaaxtaran peşəsi üzrə əmək yarmarkası keçiriləcək.
Senzor.az bildirir ki, bu barədə Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyindən məlumat verilib.
Qeyd olunub ki, yarmarka Dövlət Məşğulluq Agentliyi və Azərbaycan Respublikasının Minatəmizləmə Agentliyinin (ANAMA) birgə təşkilatçılığı ilə baş tutacaq.
Tədbir ANAMA-nın mobil bazasının inzibati binasında keçiriləcək. Yarmarkada xüsusilə minaaxtaran peşəsi üzrə vakansiyalar təqdim olunacaq.