
Sabah Bakıda və Abşeron yarımadasında temperatur 3-4 dərəcə enəcək.
Senzor.az bildirir ki, bu barədə Milli Hidrometeorologiya Xidmətindən məlumat verilib.
Qeyd olunub ki, növbəti həftə ərzində Bakıda və Abşeron yarımadasında xəzri küləyi əsəcək, maksimal temperaturun 32-35 dərəcə isti olacağı gözlənilir.
Xatırladaq ki, Xidmətin yaydığı digər məlumata görə, iyulun 27-si və 28-də ölkə ərazisində güclü külək əsəcəyi proqnozlaşdırılır. Fövqəladə Hallar Nazirliyi (FHN) hətta bununla bağlı əhaliyə müraciət edərək müvafiq təhlükəsizlik qaydalarını bir daha xatırladıb.