
Azərbaycanın bəzi yerlərində şimal-qərb küləyi əsir, ölkə ərazisində hava əsasən yağmursuz keçir.
Senzor.az bildirir ki, Milli Hidrometeorologiya Xidmətinin iyulun 27-si saat 10:00-a olan məlumatında belə deyilir.
Məlumata görə, Bəzi yerlərdə şimal-qərb küləyi əsir, küləyin maksimal sürəti Bakıda və Abşeron yarımadasında 28, Mingəçevirdə 23, Naftalanda 22, Xaçmaz və Gəncədə 20, Goranboyda 19, Şabranda isə 16 m/s-yə çatır.