“Toplum TV” işi üzrə hökm oxundu:
9 TƏQSİRLƏNDİRİLƏN ŞƏXS, 12 İLDƏN 15 İLƏ QƏDƏR HƏBS

“Toplum TV” işi üzrə məhkəmə araşdırması başa çatıb. 

 

Senzor.az bildirir ki, Bakı Ağır Cinayətlər Məhkəməsində keçirilən son iclasda hökm oxunub.

 

Hakim Azər Tağıyevin sədrlik etdiyi məhkəmə kollegiyası yekunda belə qənaətə gəlib ki, təqsirləndirilən şəxslərə verilmiş ittihamlar əsaslıdır.

 

Hökmə əsasən, Aкif Qurbanov və Ruslan İzzətli 15 , Ələsgər Məmmədli və Əli Zeynalov 14 , Müşfiq Cabbarov, İlkin Əmrahov, Ramil Babayev 13 , Fərid İsmayılov və Elmir Abbasov isə 12 il müddətinə azadlıqdan məhrum edilib.

 

Yeri gəlmişkən, məhkəmə hər bir təqsirləndirilən şəxsə dövlət ittihamçısının tələb etdiyindən bir il az həbs cəzası təyin edib. Belə ki, prokurorluq Qurbanov və İzzətlinin hər birinin 16 il, Məmmədli və Zeynalın hər birinin 15 il, Babayev, Cabbarov və Əmrahovun hər birinin 14 il, İsmayılov və Abbasovun isə hər birinin 13 il müddətinə azadlıqdan məhrum edilməsini xahiş etmişdi.

 

İttiham tərəfi, həmçinin təqsirləndirilən şəxslərin üç il müddətinə dövlət və yerli özünüidarəetmə orqanlarında müəyyən vəzifələr tutmaq hüququndan məhrum edilməsini, eləcə də mülki iddianın təmin olunması məqsədilə üzərinə əvvəllər həbs qoyulmuş avtomobillərinin və yaşayış evlərinin müsadirə edilməsini istəmişdi.

 

Məhkəmə isə təqsirli bilinən şəxslərin hər birinin 2 il 6 ay müddətinə dövlət və yerli özünüidarəetmə orqanlarında rəhbər və maddi məsul vəzifələr tutmaq hüququndan məhrum edilməsi barədə qərar qəbul edib.

 

Hakimlər heyəti, həmçinin mülki iddianı təmin edərək təqsirləndirilən şəxslərin mülkiyyətində olan avtomobillərin və yaşayış evlərinin, eləcə də Akif Qurbanovun həyat yoldaşının mülkiyyətində olan 0,15 hektar torpaq sahəsində inşa edilmiş bağ evinin müsadirə olunmasına qərar verib.

 

Qeyd edək ki, təqsirləndirilən şəxslər Cinayət Məcəlləsinin 206.4 (qaçaqmalçılıq-mütəşəkkil dəstə tərəfindən törədildikdə), 192.3.2 (qanunsuz sahibkarlıq-mütəşəkkil dəstə tərəfindən törədildikdə), 193-1.3.1, 193-1.3.2 (cinayət yolu ilə əldə edilmiş xeyli miqdarda pul vəsaitlərini leqallaşdırma-mütəşəkkil dəstə halında birləşməklə törədildikdə), 213.2.1 (vergidən yayınma-mütəşəkkil dəstə tərəfindən törədildikdə) və 162-1-ci (əmək müqaviləsi olmadan işçilərin hər hansı işə cəlb edilməsi) maddələri ilə ittiham edilirdilər.

 

Onu da qeyd edək ki, müdafiə tərəfi hökmün tam mətnini aldıqdan sonra apellyasiya şikayətləri verəcəyini bildirib.






Digər xəbərlər

Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
SenzoR.az – informasiya və araşdırma portalı
Təsisçi və baş redaktor: Rusvat Bayramov
Telefon: 050 322 43 84
Email: [email protected]
Bütün hüquqlar qorunur.
Materiallardan istifadə edərkən www.senzor.az saytına istinad etmək məcburidir.
Reklam yerləşdirmək üçün [email protected] ünvanına müraciət edə bilərsiniz.