
Bakıda iyulun 27-dən başlayan güclü külək nəticəsində ayın 28-i səhər saatlarına qədər 48 ağac aşıb, 63 budaq sınıb.
Senzor.az bildirir ki, bu barədə Bakı Şəhər Yaşıllaşdırma Təsərrüfat Birliyindən məlumat verilib.
Qeyd olunub ki, Birliyin briqadaları sınan ağacların kəsilməsini, budaqların budanmasını təmin ediblər.




