Külli miqdarda mənimsəmədə təqsirləndirilən NOTARİUS HƏBS EDİLDİ
FOTO

Sabunçu rayonundakı 4 saylı notariat ofisinin xüsusi notariusu Səbuhi Əliyev birinci məhkəməsində həbs edilib.

 

“Qafqazinfo”nun məlumatına görə, Bakı Ağır Cinayətlər Məhkəməsində belə qərar qəbul edilib.

 

Azər Tağıyevin sədrlik etdiyi məhkəmə kollegiyası qərarını belə əsaslandırıb ki, külli miqdarda dövlət vəsaitini mənimsəməkdə ittiham olunan notarius dəymiş ziyanı ödəmir. Bu hal qətimkan tədbirinin dəyişdirilməsi üçün əsas sayılmalıdır. Qərara əsasən S.Əliyev məhkəmə zalında qandallanaraq təcridxanaya göndərilib. 

Əsas iclas avqustun 6-sı keçiriləcək.

 

Xatırladaq ki, Səbuhi Əliyev Ədliyyə Nazirliyinin müraciəti ilə Baş Prokuror yanında Korrupsiyaya qarşı Mübarizə Baş İdarəsi tərəfindən cinayət məsuliyyətinə cəlb edilib. Ona qarşı Cinayət Məcəlləsinin 179.3.2-ci (külli miqdarda mənimsəmə) və 313-cü (vəzifə saxtakarlığı) maddələri ilə yekun ittiham elan olunub. Onun barəsində polisin nəzarəti altına vermə qətimkan tədbiri seçilmişdi.

 

44 yaşlı S. Əliyev 2010-cu ildə hüquq üzrə fəlsəfə doktoru elmi dərəcəsi alıb, hüquqşünas alimdir. Verilmiş ittiham təsdiqini tapsa, onu 5 ildən 10 ilə kimi həbs cəzası gözləyir.






Digər xəbərlər

Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
SenzoR.az – informasiya və araşdırma portalı
Təsisçi və baş redaktor: Rusvat Bayramov
Telefon: 050 322 43 84
Email: [email protected]
Bütün hüquqlar qorunur.
Materiallardan istifadə edərkən www.senzor.az saytına istinad etmək məcburidir.
Reklam yerləşdirmək üçün [email protected] ünvanına müraciət edə bilərsiniz.