Göyçayda yarılan suvarma kanalında SON DURUM - SAKİNLƏR DANIŞDILAR
VİDEO

Xəbər verildiyi kimi, Göyçay rayonunda Şirvan suvarma kanalı yarılıb.

 

Hadisə kanalın rayonun Şəhadət-Qarabağlar kəndi ərazisindən keçən hissəsində baş verib. Kanalın yarılması nəticəsində su yaxınlıqdakı, yerli sakinlərin "qobu" adlandırdığı dərin çökəkliyə axıb.

 

Aidiyyəti qurumdan bildirilib ki, sızma dəliyi qısa müddətdə təxminən 10 metrədək genişlənib.

 

"64 yaşım var, indiyə qədər bu kanalın yarıldığını nə görmüşəm, nə də eşitmişəm. Texnikalar gətirildi, kanalın suyu azaldıldı. Əgər vaxtında qarşısı alınmasaydı, kənd su altında qala bilərdi", - deyə sakinlərdən biri Baku TV-yə açıqlamasında vurğulayıb.

 

Şirvan Suvarma İstismarı İdarəsinin rəisi Əliqulu Abbasovun sözlərinə görə, hadisə köhnə çay yatağı üzərində inşa olunmuş hissədə torpaq qatından başlayan sızma nəticəsində baş verib: "Kanalda suyun səviyyəsi azaldılıb, əraziyə canlı qüvvə və texnika cəlb olunub. Hazırda bərpa işləri aparılır. Axan su köhnə kollektor istiqamətinə yönləndirilib və əhali üçün hər hansı təhlükə yoxdur".







Digər xəbərlər

Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
SenzoR.az – informasiya və araşdırma portalı
Təsisçi və baş redaktor: Rusvat Bayramov
Telefon: 050 322 43 84
Email: [email protected]
Bütün hüquqlar qorunur.
Materiallardan istifadə edərkən www.senzor.az saytına istinad etmək məcburidir.
Reklam yerləşdirmək üçün [email protected] ünvanına müraciət edə bilərsiniz.