
Lerik rayonunda zəlzələ baş verib.
Senzor.az bildirir ki, bu barədə AMEA nəzdində Respublika Seysmoloji Xidmət Mərkəzinin Zəlzələlərin tədqiqatı bürosu məlumat yayıb.
Məlumata görə, saat 15:31-də qeydə alınan yeraltı təkanın maqnitudası 3.6, dərinliyi isə 24 km olub.
Yeraltı təkanların Lənkəranda da hiss olunduğu deyilir.