
Sosial şəbəkələrdə "By Ella" ləqəbi ilə tanınan bloger Məmmədova Lalə İlham qızı hava limanında saxlanılıb.
"Unikal"ın əldə etdiyi məlumata görə, o, məhkəmə qarşısına çıxarılıb.
L.Məmmədovaya Cinayət Məcəlləsinin 206.2-ci (qaçaqmalçılıq yolu ilə narkotik vasitələrin gömrük nəzarətindən kənar və ya ondan gizli keçirilməsi) maddəsi ilə ittiham irəli sürülüb.
Səbail Rayon Məhkəməsində keçirilən prosesdə Lalə Məmmədova barəsində 3 ay müddətinə həbs-qətimkan tədbiri seçilib.
Qeyd edək ki, əgər onun bu əməli sübuta yetirilərsə, xanım bloqeri əmlakı müsadirə olunmaqla və ya olunmamaqla üç ildən yeddi ilədək müddətə azadlıqdan məhrumetmə cəzası gözləyir.