Cəbrayılda 1020-dən çox şəxs məşğulluq tədbirlərinə cəlb olunub

Cəbrayıl rayonuna köçürülmüş sakinlərdən 1 000-dən çox şəxs məşğulluq tədbirlərinə cəlb olunub.

 

Senzor.az bildirir ki, bu barədə Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi məlumat yayıb.

 

Qeyd olunub ki, artıq 1 020-dən çox sakinin məşğulluğu təmin edilib. Onlardan 910 nəfəri rayon ərazisində işlə təmin olunub, o cümlədən 50-dək şəxs üçün özünüməşğulluq proqramı çərçivəsində kiçik ailə təsərrüfatları qurulub.

 

Eyni zamanda, 112 şəxs üçün əmək bazarının tələblərinə uyğun peşə hazırlığı kursları təşkil edilib və təlimləri uğurla başa vuran sakinlər müvafiq iş yerləri ilə təmin olunublar.

 

Qeyd edilib ki, Cəbrayıl rayonuna köçürülmüş sakinlərin daha bir qrupunun məşğulluğunun təmin edilməsi istiqamətində işlər hazırda da davam etdirilir.






Digər xəbərlər

Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
SenzoR.az – informasiya və araşdırma portalı
Təsisçi və baş redaktor: Rusvat Bayramov
Telefon: 050 322 43 84
Email: [email protected]
Bütün hüquqlar qorunur.
Materiallardan istifadə edərkən www.senzor.az saytına istinad etmək məcburidir.
Reklam yerləşdirmək üçün [email protected] ünvanına müraciət edə bilərsiniz.