Yenə uzun növbə, hələ də nəzarət edən yoxdur - FOTO

Xəbər verdiyimiz kimi, bu gündən tətbiq olunan məhdudiyyətlərə görə, bir neçə gündür vətəndaşlar vaksin olunmaq üçün kütləvi şəkildə xəstəxanalara axın edir. 
 
“Qafqazinfo”nun əməkdaşları poliklinikaları müşahidə etmək üçün bir neçə tibb ocağına baş çəkib. Fotolardan da göründüyü kimi, 1, 7 və 8 saylı poliklinikalarda da vaksin növbəsi zamanı sıxlıq yaranıb. Peyvənd olunmağa gələnlər arasında sosial məsafə qorunmur, karantin qaydaları pozulur.
 
Günlərdir ki, sosial şəbəkələrdə poliklinikalardakı peyvənd növbələri haqda foto-videolar paylaşılır. Qeyd edilir ki, yoluxma sayının 4000-dən çox olduğu vaxtda belə növbələr daha da təhlükə yaradır. Hətta sağlam vətəndaşların belə bu sıxlıqda koronavirusa yoluxma ehtimalı artır. Rəsmi qurumlar isə açıqlamalarında növbələrin səbəbini vətəndaşların poliklinikaya növbə götürmədən gəlmələrində, vaksin olunmağı son günə saxlamalarında görürlər. 
 
Səhiyyə Nazirliyi hələ avqustun 24-də açıqladığı rəsmi məlumatda sıxlıqların tənzimlənə bilməməsini belə izah edib: "Tibbi personalın əsasən qadınlardan ibarət olmasını nəzərə alsaq, poliklinikaların həyətində yaranan növbənin onlar tərəfindən tənzimlənməsi çox çətindir. Bu işdə yardım üçün tibb müəssisələri yerli icra orqanlarına müraciət edəcək”.








Digər xəbərlər

Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
SenzoR.az – informasiya və araşdırma portalı
Təsisçi və baş redaktor: Rusvat Bayramov
Telefon: 050 322 43 84
Email: [email protected]
Bütün hüquqlar qorunur.
Materiallardan istifadə edərkən www.senzor.az saytına istinad etmək məcburidir.
Reklam yerləşdirmək üçün [email protected] ünvanına müraciət edə bilərsiniz.