
Senzor.az Milli Hidrometeorologiya Xidmətinə istinadən bildirir ki, bununla belə, gecə yarımadanın bəzi yerlərində yağış yağacağı ehtimalı var.
Arabir güclənən şimal-qərb küləyi səhər tədricən zəifləyəcək, gündüz şimal-şərq küləyi ilə əvəz olunacaq.
Havanın temperaturu yarımadada gecə 19-21°, gündüz 25-28°, Bakıda gecə 19-21, gündüz 25-27° isti olacaq.
Atmosfer təzyiqi 764 mm civə sütunundan 761 mm civə sütununa enəcək. Nisbi rütubət gecə 70-80, gündüz 40-45 % olacaq.
Azərbaycanın rayonlarında bəzi yerlərdə şimşək çaxacağı, arabir yağış yağacağı gözlənilir. Ayrı-ayrı yerlərdə leysan xarakterli intensiv olacağı ehtimalı var. Gündüz əksər rayonlarda hava əsasən yağmursuz keçəcək. Qərb küləyi gecə və səhər ayrı-ayrı yerlərdə arabir güclənəcək.
Havanın temperaturu gecə 19-24°, gündüz 28-32°, dağlarda gecə 7-12°, gündüz 13-18° isti olacaq.