AZAL-ın Naxçıvandan Bakıya uçan təyyarəsi 50 dəqiqəlik yubanmadan sonra havaya qalxıb.
“Report” xəbər verir ki, təyyarə Naxçıvan Hava Limanını tərk edib.
Qeyd edək ki, ildirım çaxması və havanın dumanlı olması səbəbindən təyyarənin kapitanı aeroportda gözləmək qərarı qəbul etmişdi.
**19:10
Hava şəraiti ilə əlaqədar AZAL-ın Naxçıvandan Bakıya uçan təyyarəsi havaya qalxmayıb.
Senzor.az bildirir ki, artıq bu barədə sərnişinlərə xəbərdarlıq edilib.
Qeyd edək ki, AZAL-ın J2 0256 reysi üzrə saat 18:50-də Naxçıvan Hava Limanından qalxmalı idi. Amma ildirım çaxması və havanın dumanlı olması səbəbindən təyyarənin kapitanı aeroportda gözləmək qərarı qəbul edib.
Təyyarənin Naxçıvan Hava Limanında nə qədər gözləyəcəyi ilə bağlı dəqiq məlumat verilməyib.