Cəlilabadda mal-qara oğruları yaxalandı

Cəlilabad Rayon Polis Şöbəsi (RPŞ) əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində rayon ərazisində mal-qara oğurluqları edən 5 nəfərdən ibarət dəstənin üzvləri saxlanılıb.
 
Senzor.az Daxili İşlər Nazirliyi Mətbuat xidmətinin Lənkəran regional qrupuna istinadən bildirir ki, keçirilən əməliyyat-axtarış tədbirləri ilə rayonun Uzuntəpə və Maşlıq kəndlərindəki ayrı-ayrı təsərrüfatlardan gecə saatlarında iri və xırdabuynuzlu heyvanları oğurlayan Bakı şəhəri Binə qəsəbəsinin sakinləri - İbrahim Nuriyev, Mahir Balakişiyev, Eldar Əsgərov, Cəlilabad rayon sakinləri Maqsud Qəhrəmanov və Elgün Kərimov müəyyən edilərək saxlanılıblar.
 
Aparılan araşdırmalarla onların müxtəlif təsərrüfatlardan ümumilikdə 2 baş inək, 15 baş qoyun, 1500 manat dəyərində 20 kisə noxud və 1 evdən televizor oğurladıqları müəyyən edilib.
 
Araşdırmalarla oğurlanan mal-qaranın Bakı şəhərinə aparılaraq müxtəlif ünvanlardakı qəssablara satıldığı müəyyən edilib. Həmin heyvanlardan ikisi aşkarlanaraq sahibinə təhvil verilib.
 
Hazırda saxlanılan şəxslərin Cəlilabad və digər rayonlarda analoji cinayətlərdə iştirakının olub-olmadığı araşdırılır.





Digər xəbərlər

Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
SenzoR.az – informasiya və araşdırma portalı
Təsisçi və baş redaktor: Rusvat Bayramov
Telefon: 050 322 43 84
Email: [email protected]
Bütün hüquqlar qorunur.
Materiallardan istifadə edərkən www.senzor.az saytına istinad etmək məcburidir.
Reklam yerləşdirmək üçün [email protected] ünvanına müraciət edə bilərsiniz.