Kolumbiyanın paytaxt şəhər dairəsinin federal məhkəməsi ABŞ-ın 45-ci Prezidenti Donald Trampın keçmiş baş müşaviri və siyasi məsləhətçisi Stiven Bennonu 4 aylıq həbs cəzasına məhkum edib.
TASS xəbər verir ki, buna səbəb Bennonun Konqresə hörmətsizlik etməsi olub.
Hakim Karl Nikolsun çıxardığı qərara əsasən, Bennon həmçinin 6,5 min dollar məbləğində cərimə ödəməlidir.
“Konqresin gündəmlərinə etinasızlıq nümayiş etdirmək qanunverici orqana hörmətsizlikdən xəbər verir. Bennon Konqresə hörmətsizlik göstərdiyinə görə 4 ay həbs və 6,5 min dollar məbləğində cərimə cəzasına məhkum edilir”, - deyə Nikols bildirib.
Maraqlıdır ki, Nikolsun namizədliyi Trampın prezidentliyi dövründə irəli sürülüb.