"Türkiyə və Azərbaycan liderlərinin hər görüşü dostluqları və iki ölkə arasındakı münasibətləri daha da dərinləşdirən platformaya, fürsətə çevirilir".
Bunu Türkiyə Prezidenti Administrasiyasının Kommunikasiya İdarəsinin rəhbəri Fahrettin Altun jurnalistlərə açıqlamasında deyib.
Onun sözlərinə görə, Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanın oktyabrın 20-də Azərbaycanın Zəngilan rayonuna səfəri çərçivəsində hər iki ölkə lideri münasibətlərin dərinləşdirilməsinə dair addımları müzakirə edib.