Avstriyanın Avropa İttifaqından (Aİ) çıxması zərurəti oktyabrın 22-də Vyanada keçirilən aksiyada etirazçılar tərəfindən elan edilib.
Bu barədə rossaprimavera.ru məlumat yayıb.
Nümayişin təşkilatçıları ölkənin təhlükəsizlik və iqtisadi siyasətinin dövlətin maraqlarına uyğun olmadığı üçün onun Aİ-dən çıxmasının vacibliyini bildiriblər.
Avstriya vətəndaşlarının bu mövqeyini əllərində tutduqları “Avstriya neytral qalır” və “Təhlükəsiz sərhədlər – təhlükəsiz gələcək” plakatları da aydın şəkildə göstərib.
Polisin məlumatına görə, aksiya zamanı hər hansı insident müşahidə edilməyib.