Boris Conson Böyük Britaniyanın Baş naziri postuna namizəd olmayacaq.
"Reuters" xəbər verir ki, bunu Conson özü deyib.
O qeyd edib ki, növbəti mərhələyə keçmək üçün kifayət qədər deputatın dəstəyinə malik olsa da, digər namizəd, keçmiş maliyyə naziri Rişi Sunakdan geri qalır.
"Seçkidə uğur qazanmağım üçün çox yaxşı şans var və həqiqətən də cümə günü "Dauninq Strit"ə qayıda bilərəm. Amma son günlər ərzində mən belə qənaətə gəldim ki, bu, sadəcə olaraq düzgün iş deyil", - Conson vurğulayıb.