Sabir Rüstəmxanlı: "Kitabxanaların işçiləri yarıbayarı ixtisar edilib, televiziyalarda kitab təbliğatı unudulub"

"Kəndlərdəki mədəniyyət ocaqlarının, kitabxanaların işçiləri yarıbayarı ixtisar edilib".


Senzor.az xəbər verir ki, bunu Xalq şairi Sabir Rüstəmxanlı Azərbaycan Yazıçılar Birliyinin XIII qurultayında çıxışı zamanı deyib.


O bildirib ki, rəsmi orqanlar illər uzunu Güney Azərbaycan üçün kadr hazırlığını əldən verib:


"Bir nəfər də Güneydən gələn gəncimizi dövlət hesabına oxutmamışıq. Müxtəlif yerlərdən gələnlər oxuyublar. İdeoloji işimizə başçılıq edənlərin sovet təfəkküründən qopa bilməməsi bəzən Güneylə bağlı siyasətimizin düzgün qurulmasına mane olub. Şükür ki, Qarabağ zəfəri və bölgədə gedən proseslər türk birliyi yolunun nicat yolu olmasını sübut edir. Danışılmalı problemlər çoxdur. Kəndlərdəki mədəniyyət ocaqlarının, kitabxanaların işçilərinin yarıbayarı ixtisar edilib. Televiziyalarda kitab təbliğatı unudulub. Kəndlərin çoxunda əhali yığışanda məscidlərdən başqa yer tapa bilmirlər. Yenidən əhalinin bir hissəsi orta əsrlər təfəkkürünə qayıdırlar. Bu, son dərəcə ciddi bir problemdir".


"İngilis və rusdilli məktəblərin içində bütün dərslər həmin dillərdə keçirilir. Həmin gənclərlə bizim yazıçılarımızın əlaqəsi necə qurulacaq? Gənclərimiz ədəbiyyatımızdan xəbər tuta biləcəkmi? Buna görə də uyğun tədbirlər görülməlidir. Azərbaycanda çağdaş tələblərə cavab verən yeni muzey kompleksi tikilməlidir. Əlyazmalar İnstitutu daha etibarlı şəraitdə qorunmalıdır. Dünya muzeylərində Azərbaycan klassik ədəbiyyatının inciləri çoxdur və onlar nə qədər ki, məhv olunmayıb, Azərbaycana qaytarılmalıdır. Müharibə şəraitinə, üzləşdiyimiz çətinliklərə baxmayaraq AYB-nin qorunub saxlanması, ədəbi orqanlarımızın yüksək səviyyədə nəşri məni ürəkdən sevindirir. Bu işdə bizim ağsaqqal yazıçımız Anar Rzayevin böyük zəhməti var", - Xalq şairi əlavə edib.






Digər xəbərlər

Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
SenzoR.az – informasiya və araşdırma portalı
Təsisçi və baş redaktor: Rusvat Bayramov
Telefon: 050 322 43 84
Email: [email protected]
Bütün hüquqlar qorunur.
Materiallardan istifadə edərkən www.senzor.az saytına istinad etmək məcburidir.
Reklam yerləşdirmək üçün [email protected] ünvanına müraciət edə bilərsiniz.