“Cənubi Qafqaz regionu üçün – Azərbaycan, Gürcüstan və Ermənistan üçün sülh çox vacibdir”.
Senzor.az xəbər verir ki, bunu Azərbaycanın İsveçrədəki səfiri Fuad İsgəndərov Cenevrədə keçirdiyi mətbuat konfransında deyib.
O bildirib ki, Azərbaycan-Gürcüstan-Ermənistan əməkdaşlığının üçtərəfli formatı regionda sülhün bərqərar olması baxımından çox əhəmiyyətlidir.
Onun sözlərinə görə, regionda sülhə və inkişafa nail olmaq üçün keçmişdə ilişib qalmaq lazım deyil, əksinə, gələcək haqqında düşünmək lazımdır.
Azərbaycan və Ermənistan arasında münasibətlərin normallaşmasından bəhs edən diplomatr vurğulayıb ki, Azərbaycan, Gürcüstan və Ermənistan üçün sülh çox vacibdir.