ABŞ da Azərbaycanla Ermənistan arasında danışıqları təmin etməyə çalışacaq
DÖVLƏT DEPARTAMENTİ

“Hər şey masanın üzərindədir. Biz də Ermənistan və Azərbaycan arasında davamlı sülhün bərqərar olması üçün ən faydalı hesab etdiyimizi həyata keçirəcəyik”.

 

Senzor.az yerli KİV-ə istinadən bildirir ki, bunu ABŞ Dövlət Departamentinin mətbuat katibi Ned Prays Soçidə keçirilən Azərbaycan, Ermənistan və Rusiya liderlərinin görüşü ilə bağlı sualı cavablandırarkən deyib.

 

O, ABŞ-ın bu görüşdə iştirakçı olmadığını xatırladaraq əlavə edib: “Lakin Dövlət katibi Blinken bunu dəfələrlə, o cümlədən iki xarici işlər nazirini Nyu-Yorkda bir araya gətirərkən vurğulayıb ki, biz Ermənistan-Azərbaycan sülhünə və iki ölkə arasında danışıqlara sadiqik”.

 

Prays birbaşa dialoqun problemlərin həlli və davamlı sülhə nail olmaq üçün açar olduğunu deyərək, hər iki ölkənin sülh istədiyini bəyan etdiyini vurğulayıb: “Beləliklə, biz Ermənistan və Azərbaycan arasında ikitərəfli şəkildə, tərəfdaşlarımız və çoxtərəfli təşkilatlar vasitəsilə müzakirələri asanlaşdırmaq, təmin etmək üçün növbəti aylarda fəaliyyətə davam edəcəyik”.






Digər xəbərlər

Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
SenzoR.az – informasiya və araşdırma portalı
Təsisçi və baş redaktor: Rusvat Bayramov
Telefon: 050 322 43 84
Email: [email protected]
Bütün hüquqlar qorunur.
Materiallardan istifadə edərkən www.senzor.az saytına istinad etmək məcburidir.
Reklam yerləşdirmək üçün [email protected] ünvanına müraciət edə bilərsiniz.