ABŞ-ın Ermənistandakı səfirliyi vətəndaşlarına müxalifət hərəkatının paytaxt İrəvanda noyabrın 5-də keçirəcəyi mitinqdə iştirak etməmək barədə xəbərdarlıq edib.
"Sputnik Armeniya" bildirir ki, xəbərdarlığa səbəb toqquşma və iğtişaşlar təhlükəsidir.
Səfirlik bildirir ki, nümayişlərdə gözlənilməz hallar yaşana bilər: "Hətta dinc xarakter daşıyan nümayişlər qarşıdurmaya və zorakı hərəkətlərə çevrilə bilər. Ərazidən qaçın, yeniliklər barədə yerli medianı yoxlayın, izdihamdan və nümayişlərdən qaçın. Dostlarınızı və ailənizi xəbərdar edin”.
Xatırladaq ki, noyabrın 5-də müxalifət Fransa meydanında mitinq keçirəcək.